Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda ''Avro-5'' yanacaq standartının tətbiqi daha 1 il müddətinə təxirə salınıb

Gürcüstanda ''Avro-5'' yanacaq standartının tətbiqi daha 1 il müddətinə təxirə salınıb

Tarix: 22 Yanvar 2021 21:20

Gürcüstanda "Avro-5" yanacaq standartının tətbiqi daha 1 il müddətinə təxirə salınıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, yeni standartın 2022-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, "Avro-5"ə keçid 2020-ci il yanvarın 1-dən baş tutmalı idi. Lakin biznes təşkilatlarının müraciəti əsasında qərarın icrası birillik müddətə təxirə salınmışdı.

"Avro-5" yanacaq standartına keçidin daha bir il təxirə salınması təklifini Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyi irəli sürüb. Qurumdan bildirilib ki, qərar bu ildən qüvvəyə minərsə, Azərbaycandan Gürcüstana yeni standart dizelin tədarükü mümkün olmayacaq. Çünki Azərbaycanda "Avro-5" yanacağının istehsalına 2022-ci ildə nail olunacaq.


Etiketlər:  Gürcüstanda Avro yanacaq standartının tətbiqi daha müddətinə təxirə salınıb


RƏYLƏR