Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 12:26
Demək olar ki, futbolçuları tatosuz təsəvvür etmək mümkün deyil. Bəzən bu tato istəyi o qədər güclü olur ki, bir az ağını çıxardırlar.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, etdirdiyi tatodan peşmanlıq çəkən futbolçulardan biri "Bavariya"dan Leroy Sanedir. Belə ki, 25 yaşlı forvardın kürəyində nəhəng qol sevinci yer alır. Çempionlar Liqasında "Monako"ya 5:3 hesabıyla qalib gəlinən matçda Sane də qol vurmuşdu. İşin maraqlı tərəfi isə, cavab qarşılaşmasında Fransaya yollanan "şəhərlilər"in 3:1 hesabıyla uduzmasıdır.
Bundan əlavə, gənc futbolçu "Bavariya"ya transfer olub, forma nömrəsini belə "19"dan "10"a dəyişib.
Bu səbəblərdən Sane kerəyindəki bu tatodan həddindən artıq peşmanlıq çəkdiyini eiraf edib.