Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 10:54
Bakı. Samir Əli - Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb. Onun üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq B.Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 2 ədəd sellofan bağlamada ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkarlanıb.
Qeyd edək ki, B.Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İ.Məmmədov da bir neçə gün əvvəl Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır