Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 17:28
Bakı. Trend:
İyulun 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin