Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək

Tarix: 26 Yanvar 2021 13:30

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Milli Təhlükəsizlik Şurasının 2021-ci ildə ilk iclası yanvarın 28-də baş tutacaq.

Trend-in məlumatına görə, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək iclasda türkiyəli hərbçilərin Azərbaycandakı fəaliyyəti müzakirə mövzusu olacaq.

Bundan başqa, iclas zamanı Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi məsələsi, Türkiyə ordusunun Liviyada və Suriyada fəaliyyəti və terrorla mübarizə məsələləri müzakirə mövzusu olacaq.


Etiketlər:  Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək


RƏYLƏR