Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bəziləri çox pul yatırdılar, amma heç nə alınmadı”

“Bəziləri çox pul yatırdılar, amma heç nə alınmadı”

Tarix: 26 Yanvar 2021 15:40

Aygün Kazımovanın qızı olmağın mənfi və müsbət təsirləri var. İstəyirsən ki, hamı kimi dincələsən, marketə gedəsən. Kütləvi yerləri sevirəm, amma orada tanınmaq istəmirəm. İndi maska var, bir az məni sevindirir. Anamı məndən gözəl heç kim tanıya bilməz, sevə də...

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova deyib. O, anasının doğum günündə "Səhər mərkəzi" proqramına qonaq olub, verilən sualları cavablandırıb.

İlqarə uzun zamandır efirlərdə görünməməsinin səbəbini də açıqlayıb: "Əlimdə material olmadan heç vaxt efirə çıxmaram. İnsanların qarşısına çıxmaq məsuliyyətdir. Bəzi insanlar kimi hər gün efirdə olmaq mənə yaraşmaz. İzləyicilərimə hörmət edirəm. İstəyərəm ki, məni həm də Rusiya, Türkiyə və Avropanın bütün ölkələrində tanısınlar. Alın yazısında varsa, hamısı olacaq".

Daha sonra canlı yayıma bu gün 50 yaşı tamam olan A. Kazımova bağlanıb, onu ilk təbrik edənin qızı olduğunu bildirib: "Məni birinci qızım təbrik edir. Saat 12 olan kimi bütün diqqətim ona yönəlir. Bir neçə dəqiqə əvvəl evdən gedir, hay-küylə geri qayıdıb təbrik edir. Qızım, arzum budur ki, arzularım yarı yolda qalmasın. "Qızım" mahnısını Heydər Əliyev Sarayında oxuyanda ilk dəfə səhnədə ağladım. O vaxtdan sonra bu mahnıya kim qulaq asırsa, ağlayır".

Daha sonra İlqarə A. Kazımovanı təkrarlamaq istəyənlərdən söhbət açıb: "İnsanlar müxtəlif olur. Bütün müğənnilər bir-birinə oxşamır. Şıltaqlıq, partlayışlar tək mənim anama yaraşır. Bəzi müğənnilər onun yolunu təkrarlamaq istəyir, amma yaraşmır. Anam səhnə üçün doğulub. O, mənim kimi marketə getməz. Ofisdə olar, işlərini görər. Boş vaxtını evdə keçirər. Gənc yaşlarımdan müxtəlif müğənnilər görmüşəm ki, səhnəyə can atırlar. Bəziləri var idi ki, çox pul yatırdılar, amma heç nə alınmadı. İstedad yox idi, alınmadı. Əgər tamaşaçı qəbul etmirsə, qalanı boşdu. Hamıya arzu edirəm ki, öz yolunu tapsın. Hobbini əsas peşəyə çevirməsinlər".

Bundan əlavə, o, həyatında olacaq şəxs barədə də fikir bildirib:  "Münasibət qurmaq üçün insan ciddi olmalıdır. Mən həmişə münasibətdə ciddiyəm. Hörmət iki insanın arasında hər zaman olmalıdır. Bu pozulursa, ayrılıram. Həyatda ciddi olsun, havada gəzməsin. Sevgi qəfil gəlməlidir. Qadağalar qoymaq lazım deyil. Məsləhətləşmək olar".

Daha sonra İlqarə Xalq artisti Eyyub Yaqubovla duet oxumaq istədiyini açıqlayıb.


Etiketlər:  Bəziləri çox yatırdılar amma heç alınmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ