Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” şirkəti qatlanan “iPhone” smartfonu üzərində işlərə başlayıb

“Apple” şirkəti qatlanan “iPhone” smartfonu üzərində işlərə başlayıb

Tarix: 26 Yanvar 2021 21:40

"Apple" şirkəti qatlanan ekrana malik smartfon hazırlamağa başlayıb. Bu haqda öz mənbəsinə istinadən "Bloomberg" agentliyi məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, işçi proses ekranların hazırlanması mərhələsindədir, hələ işlək prototip yoxdur.

Şirkət qatlanan ekranın ölçüsünü müəyyənləşdirməyib. "iPhone 12 Pro Max" smartfonunda olduğu kimi, 6,7 düymlük ekran (təxminən 17 sm) nəzərdən keçirilir.

"Bloomberg" nəşri yazır ki, ehtimal ki, qatlanan "iPhone" tezliklə təqdim edilməyəcək və bəlkə də ümumiyyətlə, çıxarılmayacaq. İndi "Apple" şirkəti öz diqqətini bu ilin sonunda təqdim edilməsi planlaşdırılan qabaqcıl "iPhone" və "iPad" qurğularının çıxarılmasına cəmləyib. Koronavirus pandemiyası məhsulun hazırlanmasını çətinləşdirib, çünki şirkətin mühəndisləri "Silikon vadisi"ndəki ofislərdə həftədə yalnız bir neçə gün və az sayda işləyirlər.


Etiketlər:  Apple şirkəti qatlanan iPhone smartfonu üzərində işlərə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ