Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Siti'''dən darmadağın, ''Arsenal''dan qələbə

''Mançester Siti'''dən darmadağın, ''Arsenal''dan qələbə

Tarix: 27 Yanvar 2021 10:28

İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
"Arsenal" səfərdə "Sauthempton"a 3:1, hesabı ilə qalib gəlib.  "Mançester Siti" isə "Vest Bromviç"in qonağı olub və 5 cavabsız rəqibini darmadağın edib.

Qeyd edək ki, turnir cədvəlinə 41 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 40 xalla 2-ci, "Lester" 38 xalla 3-cüdür.
 
26 yanvar
 
"Kristal Pelas" - "Vest Hem" 2:3
Qollar: Zaha, 3. Batşuayi, 90+7 - Souçek, 9; 25, Douson, 65

"Nyukasl" - "Lids" - 1:2
Qollar: Almiron, 57 - Rafinya, 17, Harrison, 61
 
"Sauthempton" -" Arsenal" 1:3
Qollar: Armstronq, 3 - Pepe, 8, Saka, 39, Lakazette, 72
 
"Vest Bromviç" - "Mançester Siti" - 0:5
Qollar: Gündoğan, 6, 30, Kanselo, 20, Mahrez, 45+,. Sterlinq, 57

Milli.Az


Etiketlər:  Mançester Sitidən darmadağın Arsenaldan qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ