Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb

Tarix: 19 Iyul 2019 00:20

Bakı. Trend:

Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020" Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.

Belə ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən para-pauerliftinq üzrə dünya çempionatında idmançımız 107 kiloqram çəki dərəcəsində 217 çəki qaldırıb. O, bu nəticə ilə Paralimpiya Oyunlarına lisenziya qazanıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.


Etiketlər:  Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ