Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 18:40
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat verilib.
Bildirilib ki, İran və Ermənistan XİN başçılarının görüşündə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.
"Ermənistan respublikası daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir", - deyə İran XİN başçısı bildirib.
O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib.