Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 14:14
İtaliyanın şimalında yerləşən Breşia şəhərində dəhşətli hadisə yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Montichiari" adlı xəstəxanada çalışan həkim Karlo Moska iki Covid-19 xəstəsini bilərəkdən öldürüb. O, bunu reanimasiya şöbəsində digər koronavirus xəstələrinə yer olmadığı üçün edib.
Həkim 61 yaşlı Natale Bassi və 80 yaşlı Ancelo Palettiyə artıq dozada anesteziya dərmanı verib. Nəticədə hər iki xəstə dünyasını dəyişib. Onun cinayəti "WhatsApp"da iş yoldaşına yazdığı mesajla ifşa olunub.
Qəsdən adam öldürməkdə ittiham olunan Karlo Moska vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.