Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kənd Hövsana suyun verilməsi dayandırıldı

Kənd Hövsana suyun verilməsi dayandırıldı

Tarix: 28 Yanvar 2021 20:46

Bakıda magistral su kəmərində qəza baş verib.

Bu barədə "Azərsu" ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Hövsan qəsəbəsinin Kənd Hövsan adlanan hissəsinə suyun verilişi dayandırılıb.

Qəzanın aradan qaldırılması üçün işlərə başlanılıb.

Milli.Az


Etiketlər:  Kənd Hövsana suyun verilməsi dayandırıldı


RƏYLƏR