Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəran və Ağstafada birmərtəbəli ev yanıb

Lənkəran və Ağstafada birmərtəbəli ev yanıb

Tarix: 29 Yanvar 2021 07:44

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Ağstafa rayonunun Həsənsu kəndində ümumi sahəsi 140 m² olan kürsülü birmərtəbəli evin 1 otağının taxtadan ibarət arakəsməsi və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  Lənkəran Ağstafada birmərtəbəli yanıb


RƏYLƏR