Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 17:30
"Mart ayında bizi çox çətin qrafik gözləyir. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib. O bildirib ki, Qətər seçməsi matçını İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir. Məmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir.
Qeyd edək ki, yığmamız bu il martın 27-də Qətərin qonağı olacaq. Noyabrın 14-də isə bu komandanı qəbul edəcək.