Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinada karantin məhdudiyyətləri fevral ayının sonuna qədər uzadılıb

Argentinada karantin məhdudiyyətləri fevral ayının sonuna qədər uzadılıb

Tarix: 30 Yanvar 2021 23:08

Bakı. Trend:

Argentina hökuməti koronavirusun yayılması səbəbindən tətbiq olunan məcburi sosial məsafələnmə rejiminin 28 fevrala qədər uzadılmasına qərar verdi.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq fərman "Argentina Respublikasının Rəsmi Bülleteni"ndə dərc olunub.

Sənəddə deyilir: "Məcburi profilaktik sosial məsafələnmərejimi 1 fevraldan 28 fevrala qədər davam edəcək". Karantin məhdudiyyətlərinin əvvəlki uzadılması 31 yanvarda sona çatıb.

Argentinanın sosial məsafələnmə rejiminin qaydalarına görə 20-dən çox insanın qapalı və 100-dən çoxunun açıq havada toplanmaları, həmçinin kinoteatrlar, teatrlar və gecə klublarını fəaliyyətləri qadağan edilir.

Ölkə ərazisində karantin keçən ilin 20 mart tarixindən tətbiq olunub. Bu günə qədər ölkədə 1,9 milyondan çox koronavirus infeksiyasına yoluxma, xəstəlikdən 47,7 mindən çox ölüm hadisəsi qeydə alınıb.


Etiketlər:  Argentinada karantin məhdudiyyətləri fevral ayının sonuna qədər uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ