Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul” problemlə üzləşdi

“Liverpul” problemlə üzləşdi

Tarix: 31 Yanvar 2021 14:58

"Liverpul" Almaniyaya getməklə bağlı problemlə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fevralın 16-da Yurgen Kloppun komandası Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə "RB Leyptsiq"lə qarşılaşmalıdır. Almaniya hökuməti isə ölkədə koronavirus inkefsiyasının yayılmaması üçün fevralın 17-dək Böyük Britaniyadan bütün səfərlərin ləğvi barədə qərar verib.

İndi ingilis klubu alternativ variant axtarışındadır. ESPN xəbər verir ki, variantlardan biri matçın neytral meydanda keçirilməsidir. Həmçinin oyunların məkanın dəyişdiirləsi ideyası da var: birinci oyun İngiltərədə, cavab görüşü Almaniyada. Belə olarsa, fevralın 16-da ilk görüş İngiltərə keçiriləcək, cavab qarşılaşması isə martın 10-da Almaniyada olacaq.

Milli.Az


Etiketlər:  Liverpul problemlə üzləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ