Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 09:15
Rusiyanın Lenta.ru saytı İkinci Qarabağ Savaşı əsnasında Dağlıq Qarabağda olmuş ispan jurnalist Pablo Qonsaleslə müsahibə dərc edib.
Sonxeber.net bildirir ki, jurnalistin dediyinə görə, döyüşlərin ən qızğın dönəmində Xankəndində və erməni işğalındakı digər şəhərlərdə olub, orada İspaniyanın EFE informasiya agentliyi, baskların "Gara" qəzeti, "Voice of America", Polşanın bir neçə qəzeti və Latın Amerikasındakı bir telekanal üçün materiallar hazırlayıb.
Qarabağdakı şəhərlərin atəşə tutulmasından bəhs edərkən P.Qonsales bildirib ki, Azərbaycan ordusu, sadəcə, hərbi hədəflərə hücum edib.
"Hər halda azərbaycanlılar konkret hədəfləri vurmağa çalışırdılar, məsələn, hava hücumundan müdafiə sistemlərini vururdular. Şəhəri bombalayanda mülki obyektlərə, o cümlədən mehmanxanalara və insanların çox olduqları yerlərə toxunmurdular. Prezident sarayına da atəş açmırdılar, halbuki bina yaxşı göründüyündən onu asanlıqla vurmaq olardı", - Qonsales deyib.
Jurnalist Ağdərə şəhərinə zərbələrdən də danışıb: "Kimsəyə sirr deyil ki, şəhərin içindən erməni artilleriyası atəş açırdı. Azərbaycanlılar da bu səbəbdən həmin hədəfləri vururdular".