Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 13:24
Koronavirus xəstələrinin peyvənd olunmuş donorlardan plazma ilə müalicəsi daha təsirli olduğu ortaya çıxır, nəinki koronavirus xəstələrinin plazması.
Sonxeber.net xəbər verir ki, bu nəticəni Rusiyanın Hərbi Tibb Akademiyasının hərbi həkimləri veriblər.
"Tədqiqatlar göstərdi ki, peyvənd olunmuş donorların plazması daha yüksək virus neytrallaşdırma aktivliyinə malikdir. Bu müalicə üsulu keçən ilin noyabr ayında tətbiq olundu və N.N. Burdenko adına Hərbi Klinik Xəstəxanası donor plazmasının xəstələrə transfüzyonunu sınayan ilk tibb müəssisəsi oldu", - Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti elan edib.
Qeyd edilib ki, ancaq peyvənd vurduran donorların hamısı bu tip müalicə üçün uyğun deyil.
Nazirlik qanda lazımlı miqdarda neytrallaşdırıcı antikorun peyvənd olunanların yalnız 10% -ində müşahidə edildiyini ifadə edib. (publika.az)