Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 03:00
Bakı. Trend:
2021-ci ilin sonuna qədər amerikan "SpaceX" şirkəti heyəti tamamilə mülki vətəndaşlardan ibarət olan "Falkon 9" raketini orbitə buraxa bilər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, şirkətin mətbuat xidmətindən bildirilib ki, buraxılış "Inspiration 4" proqramı çərçivəsində baş tutacaq.
"SpaceX" bu ilin son rübündən sonra "Inspiration 4" proqramı çərçivəsində orbitə çıxan ilk tam kommersiya astronavt missiyası olaraq "Falkon 9" raketini buraxmağı düşünür", - məlumatda deyilir. Uçuşun dörd iştirakçısından birinin "Shift 4 Payments"in qurucusu Cared Ayzekmenin olacağı, ekipajın qalan heyət üzvlərinin kimliyi isə daha sonra açıqlanacağı qeyd edilib.
Ekipaj Yer ətrafı orbitinə çıxdıqdan sonra bir neçə gün ərzində planetin ətrafında 90 dəqiqədən bir dövrə vuracaq və Florida sahillərinə enəcəkdir.