Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliyada güclü meşə yanğını: 30-a yaxın ev kül oldu - VİDEO

Avstraliyada güclü meşə yanğını: 30-a yaxın ev kül oldu - VİDEO

Tarix: 2 Fevral 2021 10:02

Avstraliyanın qərb sahillərində 6 min hektardan çox sahəni əhalətə edən meşə yanğını nəticəsində 30-a yaxın yaşayış evi yanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo" "WA Today" nəşrinə istinadən xəbər verir.

Onun məlumatına görə, meşə yanğını yaşayış rayonlarına yaxınlaşıb və Pertdən 40 kilometr şimali-şərqdə yerləşən Suon şəhərində yerləşən 30-a yaxın yaşayış evini külə döndərib. 400-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb və hazırda inzibati mərkəzi Pert olan Qərbi Avstraliya ştatının evakuasiya mərkəzlərində yerləşiblər.

Regional Yanğın Xidmətinin (DFES) komissarı Kreyq Uoters bildirib ki, ötən gecə ərzində yanğın sahəsi xeyli artıb və onun perimetri 60 km-ə çatıb. Yanğının söndürülməsinə 300-dən çox yanğınsöndürən cəlb olunub. Onlara, həmçinin Vəhşi Təbiətin və Biomüxtəlifliyin Mühafizəsi Departamentinin könüllüləri və reyncerləri kömək edir.

Yanğın hələ lokallaşdırılmayıb. Yanğınla mübarizəni qitənin qərb sahillərində hökm sürən güclü külək və quru isti hava şəraiti xeyli çətinləşdirir. Əhali arasında zərərçəkənlərin olması barədə məlumat daxil olmayıb.

Milli.Az


Etiketlər:  Avstraliyada güclü meşə yanğını 30 a yaxın ev kül oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ