Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin ixracı yanvarda tarixi maksimuma çatıb

Türkiyənin ixracı yanvarda tarixi maksimuma çatıb

Tarix: 2 Fevral 2021 13:56

2021-ci ilin yanvar ayında Türkiyənin ixracı illik ifadədə 2,5% artaraq 15,48 mlrd. ABŞ dollarına çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Nazirin sözlərinə görə, bu, Türkiyə tarixində yanvar ayı üzrə ən yüksək ixrac göstəricisidir. O əlavə edib ki, bu ilin yanvarında idxalın həcmi keçən ilin eyni ayına nisbətən 5,6% artaraq 18,1 mlrd. dolları üstələyib. Türk ixracının idxala nisbəti yanvar ayında keçən ilin analoji ayı ilə müqayisədə 6,5 pillə artaraq 83%-ə çatıb. Qızıl daxil olmamaq şərti ilə isə artım 87% təşkil edib.

R. Pekcan həmçinin bildirib ki, ölkənin yanvar ayında xarici ticarət kəsiri 3,75 mlrd. dollara bərabər olub, bu da 2020-ci ilin yanvar ayına nisbətən 32% azdır.

"Pandemiyanın ikinci dalğası, Türkiyənin ticarət tərəfdaşlarının tətbiq etdiyi məhdudiyyətlər, mal tədarükünün gecikməsi, logistika xərclərinin artması və dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik fonunda 2021-ci ilin yanvar ayında Türkiyə ixracının həcmini uğurlu adlandırmaq olar", - deyə R. Pekcan qeyd edib.


Etiketlər:  Türkiyənin ixracı yanvarda tarixi maksimuma çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ