Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 19:14
"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş istefa verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis özü bildirib. O, bu gün istefa verdiyini deyib.
"Marsel" bu mövsüm portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Liqa 1-də 32 xal toplayıb və 9-cu pillədə qərarlaşır. 2 gün əvvəl isə azarkeşlər komandanın bu nəticəsindən narazı olduğu üçün prezident Jak-Anri Eyraudun istefasını tələb edərək, klubun bazasına hücum çəkmişdilər.
Qeyd edək ki, A.Villaş-Boaş 2019-cu ildən "Marsel"in baş məşqçisi idi.