Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çelsi"yə baş məşqçilik etmək çətin deyil" - Mourinyo

Tarix: 4 Fevral 2021 16:22

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 23-cü turunda "Çelsi" ilə keçirəcəkləri matçdan əvvəl London klubu haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "zadəganlar"ı çalışdırdığı vaxtları xatırlayıb və bu komandaya baş məşqçilik etməyin çətin olmadığını deyib:

"Çelsi"yə baş məşqçilik etməyin çətin olduğunu düşünmürəm. Çünki o klubla 3 dəfə çempion olmuşam. Karlo Ançelotti, Antonio Konte də çempionluq yaşayıb. Başqa kimlər? Bu komandanı çalışdırmaq çox çətin ola bilməz. Çünki orada çempionluqlar qazanmışıq.

"Çelsi"nin həmişə möhtəşəm futbolçularının, heyətinin olduğuna inanıram. Məşqçilər belə komandalarla işlədikləri  və çempion olmağa daha çox şərait yaradan futbolçulara şans verdikləri üçün xoşbəxtdirlər.

"Çelsi"nin yeni baş məşqçisi Tomas Tuhel Premyer Liqa ilə müqayisə edə bilməyəcəyimiz bir çempionatdan gəlir. Amma vacib oyunçularla və böyük istedadlarla paltardəyişmə otağında işləməyə alışqandır".

Qeyd edək ki, Mourinyo 2004-2007, 2013-2015-ci illərdə "Çelsi"yə baş məşqçilik edib.

Milli.Az


Etiketlər:  Çelsiyə baş məşqçilik etmək çətin deyil Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ