Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“LG” smartfonları “Windows 10” sistemli kompüterə qoşulacaq

“LG” smartfonları “Windows 10” sistemli kompüterə qoşulacaq

Tarix: 4 Fevral 2021 20:24

"Microsoft Your Phone" proqramı əksər "Windows 10" istifadəçiləri üçün faydalı olaraq onlara "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları fərdi kompüterə qoşmağa imkan verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, uyğunluq təşkil edən qurğuların sayı məhdud olduğundan "LG" şirkəti tərəfindən "Windows 10" üçün "LG" smartfonunun kompüterə qoşulması üçün nəzərdə tutulan mobil əlavə buraxılıb.

Başqa sözlə, Cənubi Koreya nəhəngi "Microsoft" tərəfindən "LG" smartfonlarının bir sıra "Samsung" modellərinin yer aldığı dəstəklənən qurğular siyahısına daxil edilməsini gözləməyərək hazırda "Microsoft Store" mağazasında mövcud olan öz servisini istifadəyə verib.

Yeni proqram "Virtoo" adlanır. Smartfon və kompüterin birləşdirilməsi üçün "Bluetooth"dan istifadə olunur. Nəticədə istifadəçilər smartfonun müəyyən funksiyalarından birbaşa kompüterdən yararlana biləcəklər.

Yeni "Virtoo" proqramı istifadəçilərə kompüterdən bildirişlər göndərməyə, telefonda saxlanılan fayllardan istifadəyə, zənglər etməyə, eləcə də monitora smartfonun ekranının oxşarını daxil etməyə imkan verəcək.

Milli.Az


Etiketlər:  LG smartfonları Windows 10 sistemli kompüterə qoşulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ