Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 21:36
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 113 nəfər həlak olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7909 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8815, ağır xəstələr isə 1501 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 508 988 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 396 199 nəfər sağalıb, 26 467 nəfər isə ölüb.