Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft”un rüblük gəliri 43 milyard dolları ötüb

“Microsoft”un rüblük gəliri 43 milyard dolları ötüb

Tarix: 4 Fevral 2021 22:48

"Microsoft" korporasiyasının rüblük gəliri 43,1 milyard dollar təşkil edib. Bu məlumat şirkətin saytında dərc edilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un gəliri ötən maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Bu müddət ərzində əməliyyat gəliri 29% artaraq 17,9 milyard dollar təşkil edib. Xalis mənfəət 33% artaraq 15,5 milyard dollar olub.

Korporasiyanın əsas icraçı direktoru Satya Nadella deyib ki, "Microsoft"un maliyyə uğuru bulud texnologiyalarına əsaslanan xidmətlərə olan böyük tələbatdan irəli gəlir. "Məhsullarımızın geniş çeşidinə olan tələbin artması nəticəsində bulud xidmətlərinin satışından əldə olunan gəlir il ərzində 34% artaraq 16,7 milyard dollar olub" - şirkətin əsas maliyyə direktoru Emi Hud deyib.

1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş "Microsoft" korporasiyası üçün müxtəlif qurğular üçün proqram təminatının hazırlanması ilə məşğul olan ən böyük korporasiyalardan biridir. "Microsoft"un mənzil-qərargahı Redmondda yerləşir.


Etiketlər:  Microsoftun rüblük gəliri milyard dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ