Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 09:51
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Qeyd edək ki, 2021-ci il 4 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.