Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 12:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Rusiyaya alma ixracına icazə verilən müəssisələrin adları açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr və Agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili nəticəsində 8 fevral 2021-ci il tarixindən daha 27 müəssisədən - “Man Aqro” MMC, “Cənnət Aqro” MMC, “Şirin Aqro” MMC, “Agro İnternational” MMC, “Şimal Kəndli Fermer Təsərrüfatı” MMC, “Ulu Aqro” MMC, “Aqro Kompleks Qəbələ” MMC, “Balacabns” MMC, “Yaşıl Ranço” MMC, “Vitamin Vio” MMC, “Zərdabi adına Elmi Təcrübə Bazası” MMC, “Agroexim” MMC və Quliyeva Sərfinaz Mədət qızı, Əhmədov Vüqar Həmdulla oğlu, Əhmədov Vüqar Həmdulla oğlu, Əzizov Vüsal Natiq oğlu, Əliyev Zeynal Hacıməmməd oğlu, Məhərrəmova İradə Əmir qızı, Məmmədzadə Bayram Nüsrət oğlu, Məmmədov Bəylər Ağalar oğlu, İmanquliyev Qoşqar Bəkir oğlu, Əlihüseynov Elmar Əlfəddin oğlu, Zalov Eldar Rəsul oğlu, Kərimova Fidan Paşa qızı, Soltanov Rafiq Ağarəhim oğlu, Şıxkərimov Vüqar Zülfüqar oğlu, İbrahimov Mehman Cəfər oğluna məxsus müəssisələrdən Rusiya Federasiyasına alma ixracına icazə verilib.
Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, daha əvvəl 51 pomidor, 10 alma istehsalı müəssisəsindən də Rusiya Federasiyasına məhsul ixracına icazə verilib. Beləliklə, bu ölkəyə alma ixracı üçün icazə verilən müəssisələrin sayı 37-ə çatıb.