Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 12:34
Baş Prokurorluq mülki vətəndaşları işğaldan azad edilən ərazilərə getməməklə bağlı xəbərdarlıq edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Sonxeber.net-a daxil olan xəbərdarlıqda deyilir:
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
İnsanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların həyatı üçün təhlükəli ola bilər".