Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Türkiyədəki səfirindən “S-400” və “15 iyul” açıqlamaları

ABŞ-ın Türkiyədəki səfirindən “S-400” və “15 iyul” açıqlamaları

Tarix: 6 Fevral 2021 12:14

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Baydenin xarici siyasətlə bağlı çıxışının ardından iki ölkə arasındakı münasibətlərin bəzi məqamlarına aydınlıq gətirib.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, səfirin "S-400" və 15 iyul çevriliş cəhdi ilə əlaqədar açıqlamaları maraq doğurub.  

"Bir məsələni açıq şəkildə bildirmək istəyirəm. S-400 havadan müdafiə sistemləri ilə bağlı iki ölkə arasında yaranan problemin həlli üçün xüsusi işçi qrupu formalaşdırılmayıb. Belə bir qrup olmayacaq. Ümid edirik ki, bu məsələ bir müddət sonra öz həllini tapacaq", - deyə D.Satterfild bəyan edib.

O, qeyd edib ki, 15 iyul çevriliş cəhdi ilə əlaqədar ABŞ-a qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

"Türkiyənin yüksək vəzifəli şəxslərinin 2016-cı ildə ölkədə baş verən bir sıra neqativ hadisələrdə ABŞ-ı günahlandırması bizdə narahatlıq doğurur. Bunlar əsassız iddialardır, müttəfiq və strateji əməkdaş ölkəyə yaraşmayan bəyanatlardır", -  səfir əlavə edib.


Etiketlər:  ABŞ Türkiyədəki səfirindən iyul açıqlamaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ