Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Co Baydenin fikrincə, Tramp artıq kəşfiyyat məlumatları ala bilməz

Co Baydenin fikrincə, Tramp artıq kəşfiyyat məlumatları ala bilməz

Tarix: 6 Fevral 2021 19:00

ABŞ-ın hazırkı prezidenti Co Bayden keçmiş həmkarı Doald Trampın bundan sonra kəşfiyyatdan gələn informasiyaları almaq ixtiyarı olmadığını söyləyib.

Sonxeber.net musavta.com-a istinadən xəbər verir ki, bu barədə o, "CBS" kanalına verdiyi müsahibəsində söyləyib.

Ağ Evin indiki rəhbəri dövlətin ali baş komandanı olaraq bununla bağlı hər hansı informasiyanın başqalarına ötürülməsi məsələsini özünün həll edəcəyini bildirib.

Co Bayden bununla bağlı olaraq Donald Tramp kəşfiyyat üzrə brifinqlərə buraxılıb buraxılmayacağı barədə suala da aydınlıq gətirib.

"Hesab edirəm ki, yox", - mövqeyini qəti şəkildə bildirib.

"Nə üçün yox?" - aparıcı Nora O`Donell sualında israr edib.

"Özünü pis aparır və xaotik davranışlarına görə. Lakin bunun qiyam hadisəsinə (Tramp tərəfdarlarının bu ilin yanvar 6-da Konqres binasına hücumu nəzərdə tutulur-red.) dəxli yoxdur",-deyə ABŞ dövlət başçısı cavab verib.


Etiketlər:  Baydenin fikrincə Tramp artıq kəşfiyyat məlumatları bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ