Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 20:24
"Şübhəsiz ki, Azərbaycan çoxdan həm informasiya hücumunu, həm də hərbi əməliyyatların başlanmasını planlaşdırırdı. Lakin hadisələrin bu inkişafının qarşısını almaq olardı. Mən hakimiyyətdə olsaydım, əminəm ki, müharibə olmayacaqdı. Və olsaydı belə, ümumi bir səfərbərlik və ehtiyatların cəmlənməsi ilə şübhəsiz ki, düşməni dayandıracaqdıq".
Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, bunu Robert Koçaryan "Sputnik Armeniya"ya müsahibəsində deyib.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan əmindir ki, Qarabağdakı müharibənin qarşısını almaq olardı. Eyni zamanda, o bildirib ki, Azərbaycan hər şeyi çoxdan planlaşdırırmış.