Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öd daşı xəstəliyinin ƏLAMƏTLƏRİ

Öd daşı xəstəliyinin ƏLAMƏTLƏRİ

Tarix: 6 Fevral 2021 23:36

Bir çox hallarda öd kisəsində olan daşlar heç bir əlamətlə özünü büruzə vermir. Belə daşlara "lal daşlar" da deyirlər.

Onlar təsadüfən aparılan ultrasəs və ya rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da narahat etmirlər.

Bəzən isə çoxlu yemək yedikdən sonra, bədən xeyli silkələndikdə (məsələn, nəqliyyatda gedəndə) və ya digər bu kimi səbəblərin təsirindən belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd kisəsi yoluna düşərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının gərilməsinə və kəskin ağrılara səbəb olur. Sancı zamanı ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək nahiyəsinə "yayılır", dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr "təcili yardıma" müraciət etməli olurlar.

Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək "müvəffəqiyyətlə" onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçir və daş nəcislə xaric olur.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:

- sağ qabırğaaltı nahiyədə ağırlıq hissi;

- ağızda acı dad;

- meteorizm, ürəkbulanması;

- səbəbsiz üşütmə, qızdırmanın bir qədər yüksəlməsi;

- çox yemək yedikdən, yağlı, qızardılmış qida, alkoqolun qəbulundan sonra gəyirmənin olması;

- sarılıq (daş ümumi öd yolunu tutduqda)

- nəcisin gil rəngində olması.

Sizdə bu əlamətlərin bir neçəsi varsa, qastroenteroloqa müraciət edin.


Etiketlər:  daşı xəstəliyinin ƏLAMƏTLƏRİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ