Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Kubokunda məşqçi hakimi vurdu

Azərbaycan Kubokunda məşqçi hakimi vurdu

Tarix: 7 Fevral 2021 10:30

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la keçirilən cavab oyununda "Səbail"in məşqçisi Vüqar Məmmədin qırmızı vərəqə almasının səbəbi müəyyənləşib.

Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, qarşılaşmanın protokolunda gənc mütəxəssisin hakimi vurduğu üçün texniki zonadan qovulduğu qeyd olunub.

Hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail"in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam" qərarı Aftandil Hacıyevin köməkçisini özündən çıxarıb. Nəticədə yan xətt hakimini vuran Vüqar Məmməd qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.

U-17 millimizin sabiq baş məşqçisinin bu hərəkətinə görə, AFFA İntizam Komitəsi tərəfindən ağır sanksiyaya məruz qalması qaçılmazdır.

Qeyd edək ki, öz meydanında "Səbail"ə 0:1 hesabı ilə məğlub olan "Sumqayıt" revanşda 2:1 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.


Etiketlər:  Azərbaycan Kubokunda məşqçi hakimi vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ