Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina klubunun ən yaxşı bombardiri evində ölü tapıldı

Argentina klubunun ən yaxşı bombardiri evində ölü tapıldı

Tarix: 7 Fevral 2021 12:36

Argentinanın "Qodoy-Krus" klubunun futbolçusu Santyaqo Qarsiyanın meyiti tapılıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, 30 yaşlı hücumçu öz evində ölü vəziyyətində aşkarlanıb.
 
Onun cəsədinin yanında odlu silah olub. Santyaqo ölümcül yaralardan vəfat edib. Polis futbolçunun özünə qəsd etdiyi ehtimalının olduğunu da açıqlayıb. 

Qarsiya "Qodoy-Krus"un tarixində ən yaxşı bombardirdir. O, yüksək liqada klubun 51 qoluna imza atıb.

Qeyd edək ki, Santyaqo əvvəllər "River Pleyt", "Atletiko Paranaense" kimi klublarda da oynayıb.

Milli.Az


Etiketlər:  Argentina klubunun ən yaxşı bombardiri evində ölü tapıldı


RƏYLƏR