Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Hollandiya ilə dəmir yolu əlaqələrini dayandırıb

Almaniya Hollandiya ilə dəmir yolu əlaqələrini dayandırıb

Tarix: 7 Fevral 2021 18:33

Bakı. Trend:

Almaniyada güclü qar yağması dəmir yolu nəqliyyatının işini iflic edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Deutsche Bahn" nəqliyyat konserninin bəyanatında deyilir.

Hazırda ölkənin Hollandiya ilə dəmir yolu əlaqəsi müvəqqəti dayandırılıb.

"Almaniya ilə Hollandiya arasında şəhərlərarası dəmir yolu əlaqə dayandırılıb. Frankfurt-am-Mayn - Amsterdam və Berlin - Amsterdam marşrutu üzrə qatarlar xidmət göstərmir", - məlumatda deyilir.

Bildirilir ki, qaryağma güclü küləklə müşayiət olunur (saatda 80 km). Bir çox avtomobil trassları bağlanıb. Yalnız Şimali Reyn-Vestfaliyada şənbə axşam və ötən gecə ərzində 200-dən çox yol qəzası qeydə alınıb.


Etiketlər:  Almaniya Hollandiya ilə dəmir yolu əlaqələrini dayandırıb


RƏYLƏR