Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 10:15
Bakı. İlhamə İsabalayeva - Trend:
TƏBİB koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmasının nəzərdə tutulub-tutulmayacağına aydınlıq gətirib.
Trend-in məlumatına görə, TƏBİB-dən bildiriblər ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir. 6 aydan sonra tibbi cəhətdən qandakı anticisimlərin zəiflədiyi nəzərə alınaraq, vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupuna aiddirsə, peyvənd oluna bilər.