Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 15:00
Ermənistan müxalifəti 20 fevral tarixinə yeni aksiya təyin edib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki,bu barədə Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyan məlumat verib.
Aksiyanın İrəvandakı "Azadlıq" meydanında keçiriləcəyi bildirilib. Saqatelyan qeyd edib ki, erkən parlament seçkilərinin keçirilməyəcəyi elan olunduqdan sonra "Mənim addımım" blokunun istefası zərurətə çevrilib.
Etiraz aksiyasında baş nazir Nikol Paşinyan və hakimiyyətin istefası tələbinin qoyulacağı bildirilib.