Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 17:48
Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri Bakı vaxtı ilə 17:00-da ticarət sessiyasında 11,8% artaraq 43,8 min ABŞ dollarına yüksəlib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.
Bakı vaxtı ilə saat 16:54-də kriptovalyuta 42 min dollarlıq göstəricinin üzərində ticarət olunurdu. Saat 17:14-ə "Bitcoin"in artım sürəti 9,6%-dək yavaşlayıb və 42,6 min dollar səviyyəsində idi.
Qeyd edək ki, bu cür artım "Tesla"nın kriptovalyutaya 1,5 mlrd. dollar sərmayə yatırdığı xəbərlərindən sonra baş verib.