Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cənub Qaz Dəhlizi'' Azərbaycanın ixrac gəlirlərini artıracaq - ''Capital Economics''

''Cənub Qaz Dəhlizi'' Azərbaycanın ixrac gəlirlərini artıracaq - ''Capital Economics''

Tarix: 9 Fevral 2021 10:20

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

"Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün əsas üstünlükləri ondan ibarətdir ki, bu layihə təbii qaz hasilatı və ixrac həcmlərini artırmağa imkan verəcək və bu, ölkənin ixrac gəlirlərini artıracaq.

Bunu Trend-ə Böyük Britaniyanın "Capital Economics" tədqiqat və konsaltinq şirkətinin xammal üzrə iqtisadçı köməkçisi Samuel Burman deyib.

O əlavə edib ki, bu layihə həm də Azərbaycanın Avropa ilə əlaqələrini genişləndirməyə şərait yaradacaq:

"Avropa üçün bu dəhlizin üstünlükləri Rusiya təbii qazına alternativ təklif etməsidir. Bunun nəticəsində rəqabətin artması Avropada qaz qiymətlərinin ucuzlaşmasına gətirib çıxara bilər".


Etiketlər:  Cənub Dəhlizi Azərbaycanın ixrac gəlirlərini artıracaq Capital Economics


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ