Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit veriləcək

Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit veriləcək

Tarix: 9 Fevral 2021 12:24

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

İqtisadiyyat Nazirliyi nəzdindəki Sahibkarlığın İnkişafı Fondu 2021-ci ildə sahibkarlara 130 milyon manat məbləğində güzəştli kreditlər verməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Fondun İdarə heyətinin sədri Kənan Nəcəfov ötən ilin yekunlarına və bu ilin tapşırıqlara həsr olunan onlayn mətbuat konfransında deyib.

O bildirib ki, bu il sahibkarlar üçün təminatlı kreditlərin həcmi 370 milyon manat təşkil edəcək.

K.Nəcəfov əlavə edib ki, 2020-ci ildə Fondun verdiyi güzəştli kreditlərin məbləği 127 milyon manata bərabər olub.


Etiketlər:  sahibkarlara milyon manat güzəştli kredit veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ