Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 18:25
"Çalışıram ki, Elzalığımdan kənara çıxmayım. Bir çoxlarına demək istəyirəm ki, ciddi musiqidə də özlərini sınasınlar. Onlar mənim düşmənlərimdir, haqqlarında danışmayım? Axı onlar efirə çıxırlar. Toylara, el şənliklərinə gedirlər. Biz onlarla eyni səhnəni paylaşmalı oluruq. İstəyirik ki, onlar bu sənətdə əbədi qalsınlar".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan 'MTV Azərbaycan"a müsahibəsi zamanı deyib. Müğənni bildirib ki, bayağı mahnı oxuyan müğənnilər ciddi musiqini ifa etməkdən qorxurlar:
"Onların ifa etdikləri mahnılar bizim musiqimizin köksünü parçalayır. Deyirlər, bizim öz tərzimiz var, bu üslubdan kənara çıxa bilmirik, bizi dinləyicilər belə dinləyib, belə qəbul edib.
Bayağı mahnılar oxuyan müğənnilərdə bir qorxu hissi var. Başqa tərzdə ifa etmirlər. Düşünürlər ki, başqa tərzdə ifa etsələr, dinləyicilərini itirə bilərlər. Çünki dinləyici onlar üçün qazanc deməkdir. Onların mahnılarını sevib, toylarına dəvət edib, külli miqdarda pul ödəyirlər. Bu baxımdan onlarda qorxu var, hətta peşəkar bəstəkar musiqilərinə də müraciət etmirlər. Onu ifa edə bilməməkdən qorxurlar".
Qeyd edək ki, Seyidcahan bir müddət əvvəl müğənnilər Damla, Xatun Əliyeva, Türkan Vəlizadə, Pərviz Bülbülənin mahnılarına qulaq asmadığını deyib, onları tənqid etmişdi.