Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 10:02
Əlcəzairdə bir fermada quş qripi aşkarlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Haber Global" məlumat yayıb.
"Bu virusun qaynağı köçəri quşlardır və vəziyyət belə davam etdiyi müddətdə bütün bölgələrdə tədbirlər gördük", - ölkənin əkinçilik naziri Əbdülhəmid Həmdəmi bildirib.
Nazir Həmdəmi qeyd edib ki, virusun ortaya çıxdığı Eyn-Fəxrun bölgəsi nəzarətə götürülüb və vəziyyəti izləmək üçün heyət təşkil olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Əlcəzairin şimal-şərqindəki bir fermada quş qripinə rast gəlindiyini elan etdikdən sonra ölkədə səhiyyə sahəsində fövqəladə hal elan olunub.
Qeyd edək ki, bölgədə quş qripi səbəbindən 50 min qanadlı heyvan öldürülüb, 1200-ü isə məhv edilib. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgə təcrid olunub.