Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda inqilab yürüşləri keçirilir - Bu dəfə fərqli formada

İranda inqilab yürüşləri keçirilir - Bu dəfə fərqli formada

Tarix: 10 Fevral 2021 15:16

Bu gün İranın paytaxtı Tehran şəhərində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında İslam İnqilabının 42-ci ildönümü ilə əlaqədar yürüşlər simvolik olaraq avtomobil və motosikletlərlə keçirilir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, koronavirus pandemiyası ilə əlaqədar İranda İslam İnqilabı yürüşlərinin əhalinin iştirakı ilə kütləvi şəkildə keçirilməsinə icazə verilməyib.

Yürüş yerli vaxtla saat 10-da başlanıb.

İranda İslam İnqilabının qələbəsinin 42-ci illiyi ilə əlaqədar bütün tədbirlərin onlayn şəkildə keçirilməsi və televiziya vasitəsilə yayımlanmasına qərar verilib.

Ötən gecə də İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar atəşfəşanlıq edilib.


Etiketlər:  İranda inqilab yürüşləri keçirilir dəfə fərqli formada


RƏYLƏR