Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 19:36
Britaniya tənzimləyici orqanları vaksinasiyanın əlavə fəsadlarının hər 330 haldan birində rast gəldiyini qeyd edirlər. Vaksinlərdən sonra dünyasını dəyişən 143 Dumanlı Albion sakinləri isə birbaşa inyeksiya qurbanı olmayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın ərazisində tətbiq olunan koronavirus əleyhinə vaksinlər təhlükəsizdir və hər hansı əlavə fəsadların təhlükəsini daha çox üstələyən yüksək səviyyədə müdafiəni təmin edir. Səhiyyəni tənzimləyən orqanların nümayəndələri bu cür bəyanatla çıxış ediblər. Onlar ötən il dekabrın 9-dan bu il yanvarın 24-dək hazırlanmış vaksinlərin təhlükəsizliyi üzrə hesabatların toplusunu dərc ediblər. Vaksinasiyadan sonra hər hansı bir əlavə fəsadlar barədə hər 330 nəfərdən birinin bildirildiyi məlum olub.
Bununla belə, əlavə fəsadların əksəriyyəti yorğunluq, temperatur sıçrayışları və inyeksiya vurulan yerdə ağrıya aid edilirdi. Bütün bunlar qripə qarşı peyvəndlərdən sonra müşahidə olunan fəsadlarla müqayisə edilə bilən normal immun reaksiyadan xəbər verir. COVID-19 əleyhinə vaksinlərin vurulmasından qısa müddət sonra 143 nəfər dünyasını dəyişdi, lakin onların əksəriyyəti ən yaşlı və xəstə insanlar idi. Tənzimləyici orqanlar iddia edirlər ki, birbaşa inyeksiyalar onların ölümü ilə birbaşa səbəb-nəticə əlaqəsində deyil.
Böyük Britaniyada peyvəndlər ilk növbədə bir çox xəstəlikləri olan ən yaşlı vətəndaşlara vurulur. Hazırda İngiltərədə iki - birincisi Pfizer / BioNTech, digəri Oxford Universiteti və AstraZeneca tərəfindən hazırlanmış vaksin istifadə olunur. Hər ikisi də koronavirusdan qorunmaqda yüksək dərəcədə effektiv olduğunu sübut edib.