Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya hökuməti zərərçəkmiş şirkətlərə ehtiyat fondundan 10 milyard dollar yardım ayıracaq

Yaponiya hökuməti zərərçəkmiş şirkətlərə ehtiyat fondundan 10 milyard dollar yardım ayıracaq

Tarix: 10 Fevral 2021 20:14

Yaponiya hökuməti koronavirus pandemiyasına görə zərərçəkmiş şirkətlərə ehtiyat fondundan 10 milyard dollar yardım ayırmağı planlaşdırır. Bu məbləğin 2020-ci maliyyə ilinin büdcəsi çərçivəsində ayrılacağı bildirilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Nazirlər Kabineti bu barədə qərar qəbul edib. Qeyd edilir ki, bu məbləğin 8,4 milyard dolları hökumətin xahişi ilə iş gününü qısaldan restoran və barlara təqdim ediləcək. Belə müəssisələrin hər biri ayda 17 min dollara qədər vəsait alacaq.

Qeyd edək ki, bu barədə qərar Yaponiya hökuməti Tokioda və daha bir neçə prefekturada fövqəladə vəziyyət rejiminin ikinci dəfə tətbiqi barədə qərar qəbul etdikdən sonra bəyənilib.

Bununla yanaşı, koronavirusa qarşı mübarizə tədbirlərindən zərərçəkən digər müəssisələrə də birdəfəlik subsidiyalar verilməsi planlaşdırılır. Eyni zamanda, kiçik və orta şirkətlər də 5700 dollar, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də 2900 dollar yardım alacaqlar. Bu məqsədlə 2,4 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.


Etiketlər:  Yaponiya hökuməti zərərçəkmiş şirkətlərə ehtiyat fondundan milyard dollar yardım ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ