Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xəstəlikdən əziyyət çəkən azyaşlının dili görənləri təəccübləndirdi - FOTO

Bu xəstəlikdən əziyyət çəkən azyaşlının dili görənləri təəccübləndirdi - FOTO

Tarix: 11 Fevral 2021 16:00

ABŞ-ın Pensilvaniya ştatında dünayaya gələn 3 yaşlı Oven Tomas hər 15 mindən bir körpədə rast gəlinən sindroma yaxalanıb.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Oven dünyaya gəldiyinin ilk həftəsində dilinin normadan artıq böyük olmasına görə, nəfəs almaqda çətinlik yaşayıb. Həkimlər körpənin dilini əməliyyat edərək, onun xəstəliyini araşdırmağa başlayıblar.

Lakin yenidən dilinin böyüməsi onun səhhətində ciddi problemlər yaradıb. Həkimlər, körpənin bəzi orqanların da normadan çox böyüməsinə səbəb olan "Beckwith-wiedemann" sindromuna yaxalandığını aşkar ediblər.

3 yaşlı Ovenin digər orqanlarının böyüməsi onun yaşam tərzinə və səhhətinə  mənfi təsir edir.  Belə ki, nadir xəstəlikdən əziyyət çəkənin Oven Tomasın vəziyyəti günü-gündən pisləşir.


Etiketlər:  xəstəlikdən əziyyət çəkən azyaşlının dili görənləri təəccübləndirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ