Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 11:20
Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
Energetika naziri Pərviz Şahbazov, Energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson, Qonşuluq və genişlənmə siyasəti məsələləri üzrə Avropa komissarı Oliver Varheyi "Cənub Qaz Dəhlizi" ilə bağlı birgə bəyanat qəbul edib.
Trend-in məlumatına görə, bəyanatda deyilir ki, fevralın 11-də videokonfrans rejimində keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclası Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığını qeyd edir, "Cənub Qaz Dəhlizi" layhəsinin başa çatmasını və Azərbaycandan Avropa İttifaqına qaz tədarükünün başlamasını alqışlayır:
"Biz Azərbaycan hökumətinin Avropaya şaxələndirilmiş və stabil qaz tədarükünü təmin olunması üçün "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması üzrə uzunmüddətli öhdəliklərində rolunu xüsusi qeyd edir. Biz "Cənub Qaz Dəhlizi"nin texniki, normativ və kommersiya imkanlarına əsaslanaraq yeni enerji bazarlarına çıxışının genişləndirilməsi imkanlarının öyrənilməsi üzrə tərəfdaşların səylərini dəstəkləyirik".