Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 20:16
Gürcüstanlı fəal, fevralın 6-da Tbilisidə keçirilən etiraz aksiyasında iştirak edən və komendant saatının tələblərini pozduğuna görə cərimələnən Nika Kvitatiani jurnalistlərə maraqı açıqlama verib.
Sonxeber.net xəbər verir ki, iki min lari (1032 manat) cərimə olunan fəal bildirib ki, pul əvəzinə inəyini verməyi planlaşdırır.
Gəncin sözlərinə görə, o, cərimə qərarından məhkəməyə şikayət edəcək. Lakin şikayətin baxılmasından öncə cərimə məbləğinə uyğun gələn həcmdə girov qoyulmalıdır. O, girov qismində inəyini verəcək.
Xatırladaq ki, fevralın 6-da Gürcüstanda karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilib. Etirazçılar əvvəlcə parlament binasına doğru yürüş edib, axşam saaat 21.00-dan səhər saat 5.00-dək isə Dedaen parkı ərazisində oturaq aksiya təşkil ediblər. (publika.az)