Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbiətdə çox nadir rast gəlinən hadisə görüntüləndi - FOTO

Təbiətdə çox nadir rast gəlinən hadisə görüntüləndi - FOTO

Tarix: 12 Fevral 2021 22:20

ABŞ-da təbiətdə nadir rast gəlinən "işıq sütunları" qeydə alınıb.

Sonxeber.net xəbər verir ki, Miçiqan ştatında Bill Teylor adlı meteoroloq göyə şaquli yüksələn işıq sütunlarının fotolarını çəkib.

Bu sütunlar havanın temperaturunun donma nöqtəsinə yaxınlaşanda və sıfırdan aşağı düşəndə optik atmosfer hadisəsi kimi ortaya çıxır.

Qeyd edək ki, təbiət hadisəsinə yalnız soyuq iqlimdə rast gəlinir. Yerə yaxın olan buz hissəcikləri havada asılı qalacaq qədər xəfif olanda işıq sütunları yaranır. (publika.az)


Etiketlər:  Təbiətdə çox nadir rast gəlinən hadisə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ